“Kəpəz” klubunun yeni baş məşqçisi Şahin
Diniyevin müsahibəsi
– “Kəpəz”ə gəlişiniz necə oldu?
– Klubun prezidenti
Mehman Allahverdiyev mənə zəng etdi və görüşmək istədiyini dedi. O, gələn
mövsüm Premyer Liqaya qayıdan “Kəpəz”ə baş məşqçi postuna məni namizəd
gördüyünü söylədi. Mən də komandadakı durumla bağlı söhbət açdım. Çünki harasa
gedirəmsə, komandada maddi və mənəvi vəziyyəti bilməliyəm. Sonradan biz yenidən
görüşdük və komandanın büdcəsindən futbolçularına kimi müzakirələr apardıq.
– Komandanın məqsədləri nədən ibarətdir?
– “Kəpəz” Premyer Liqa üçün hazır deyil. Bu gün
desək ki, biz çempionluğa oynayırıq, bu, bir az aldatmaq kimi çıxar. Belə
açıqlamalar bizə yaraşmaz. Komanda sıfırdan yığılmalıdır. Bİr ay – ayyarım ərzində
hər şeyi yenidən qurmaq gərək olacaq. Böyük bir iş görülür. Onun üçün də vaxta
ehtiyac var. Mənə elə gəlir ki, böyük maliyyə problemləri olmayacaq. Demirəm
ki, öndə gedən klublar kimi olacağıq. Qarşımıza qoyulan məqsəd ilk
“altılığ”a düşməkdir. 1 ay içində yığılmış komanda çox şeyə qadir
deyil. İndi ən əsası, Gəncənin futbol ənənəsini geri qaytarmaq istəyirik. Gəncədə
futbolun olması Azərbaycan futbolunun inkişafının bariz nümanəsi sayılar. İstəyirik
ki, Azərbaycan üçün, milli üçün yeni futbolçular yetişdirək. İnsan bir şeyi istəyəndə
isə nə zamansa həyata keçir. Bir az vaxt lazımdır.
– Sponsor var, yoxsa hələ axtarışlar gedir?
– Yaxın 10 gün – 2 həftə ərzində komandanın sponsoruna da,
büdcəsinə də adınlıq gələcək. Yəni, hələ bəlli olmadan mənim Gəncəyə getməyim
doğru olmaz. Əfsuslar olsun ki, bu gün maliyyə ilkin yerdə durur.
– Bəs birdən sponsor məsələsi alınmasa, yenə də bu klubda
çalışacaqsınız?
– Sponsor məsələsi gündəmdədir. Bununla bağlı hazırkı
situasiyadan xəbərdaram. Vəziyyət sıfır nöqtəsində deyil. Sadəcə, hələ təsdiqlənməyib.
Ona da bir az vaxt lazımdır.
– Oğlunuz Coşqun Diniyevin “Qarabağ”a transferindən
nə gözləyirsiniz?
– “Qarabağ”da oynamaq şərəflidir. Həm adı, həm də
Çempionlar Liqasında oynaması onun üçün bir şansdır. “İnter”də
qazandıqları üzərinə “Qarabağ”da da nəsə qoysa, irəli daha çox addım
atacaq. Özündən çox şey asılıdır. Çox işləyib, çox çalışmalıdır. Potensialı
var, sadəcə o potensialı açmaq üçün çalışmalıdır.
– Ata kimi yox, bir məşqçi kimi deyərdiniz: Sizcə, Coşqun
“Qarabağ”ın oyun üslubuna uyğunlaşa biləcək?
– Səmimi desək, Coşquna bir neçə təklif vardı. Ata kimi çox
sevindim. O, topla oynamağı çox sevən futbolçudur. Məşçi kimi deyirəm, mənə elə
gəlir ki, zamanla “Qarabağ”ın sisteminə uyğunlaşacaq.
Mənbə: Sportnet.az
