"Kəpəz" qış fasiləsindən yanvarın 14-də qayıdacaq.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məhz həmin tarixdə komanda uzun istirahətdən sonra hazırlığı bərpa edib, təlim-məşq toplanışına başlayacaq.
Gəncə şəhər stadionunun ot örtüyünün durumu ilə əlaqədar "Kəpəz" məşqlərə Bakıda start verəcək. Heyət ilkin mərhələdə hazırlığını "Dalğa Arena"da keçəcək.
