“Kəpəz” onu birdəfəlik transfer etdi
04.07.2024 , 18:37

“Kəpəz” ötən mövsüm icarə əsasında komandada çıxış edən Elmir Tağıyevi birdəfəlik transfer edib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-göylər” “Səbail”ə məxsus olan yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.
Gəncə təmsilçisi daha əvvəl belaruslu Yeqor Xvalko ilə müqaviləni uzadıb.
