“Kəpəz” növbəti transferini açıqlayıb
25.07.2022 , 10:57

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi son olaraq “Sumqayıt”da çıxış edən Yusif Nəbiyevi transfer edib.
24 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
