“Kəpəz” “Neftçi”yə, “Sabah” “Zaqatala”ya uduzdu
14.02.2019 , 18:46

Futbol üzrə Azərbaycan I Divizionda XV tura start verilib.
Ilk oyun günündə iki qarşılaşma keçirilib. “Neftçi-2” evdə “Kəpəz”i 3:2, “Zaqatala” isə “Sabah-2″nı 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək. “Qarabağ-2” – “Zirə-2” matçı isə martın 4-ə təxirə salınıb.
14 fevral (cümə axşamı)
“Zaqatala” – “Sabah-2” – 2:1
Zaqatala şəhər stadionu
“Neftçi-2” – “Kəpəz” – 3:2
“ASK Arena”
