“Kəpəz” “Neftçi” ilə oyuna itkilərlə çıxacaq
16.10.2022 , 12:38

“Kəpəz” Premyer Liqanın X turunun “Neftçi” ilə matçına itkilərlə çıxacaq.
Korner.az xəbər verir ki, Əfran İsmayılov və Samir Məhərrəmli zədəlidir. Onlar bu səbəbdən bu gün keçiriləcək oyunda meydana çıxmayacaq.
Əli Səmədov isə zəif oyuna görə əvəzedici heyətə göndərilib.
“Kəpəz” – “Neftçi” görüşü saat 15:00-da start götürəcək.
