Azərbaycan Premyer Liqasında növbəti mövsümün hazırlıqlarını davam etdirən “Kəpəz” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
“Sarı-göylər”in rəqibi 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması olub.
Oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib. Gəncə klubundan qolu Ceyhun Cavadov vurub.
