Azərbaycan Premyer Liqasının XIV turunda baş tutan “Kəpəz” – “İnter” oyunundan sonra XV tur üçün cəzalı duruma düşən futbolçu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, “Kəpəz”in futbolçusu Rəşad Eyubov cəzalı duruma düşüb.
“İnter”lə oyunda sarı vərəqə limitini dolduran millimizin üzvü “Sumqayıt”la səfər matçında komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Eyubov bundan öncə Premyer Liqanın VIII turunda “Rəvan”, XI turunda “Qəbələ”, XII turunda isə AZAL-la səfər matçlarında sarı vərəqə ilə cəzalanmışdı.