Fuad İsmayılovun istefasını qəbul edən “Kəpəz” PFK-nın Prezidenti Elmir Əliyev onunla görüşüb və təcrübəli məşqçiyə uğurlar arzu edib.
Korner.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Məlumata görə, “Kəpəz”in rəhbərliyi artıq yeni baş məşqçini də təyin edib.
Belə ki, bundan sonra “Kəpəz” komandasını Premyer Liqa yarışlarına Gəncənin yetirməsi olan, bir qədər bundan əvvəl “Tərəqqi” klubuna baş məşqçi təyin olunmuş Mahmud Qurbanov hazırlayacaq.
