“Kəpəz” məşqlərini Bakıda davam etdirəcək
24.01.2020 , 18:51

“Kəpəz” təlim-məşq toplanışının Gəncə mərhələsini başa vurub.
Korner.az xəbər verir ki, yanvarın əvvəlindən şəhər stadionunun yardımçı meydançasında çempionatın ikinci dövrəsinə hazırlaşan komanda növbəti məşqlərini Bakıda keçirəcək.
“Sarı-göylər” sabahdan paytaxtda çalışmalara başlayacaq. “Kəpəz” səfərdə olduğu müddətdə yoxlama oyunlarına da çıxacaq.
