Noyabrın 3-də evə buraxılan “Kəpəz” üzvləri ötən gün yenidən bir araya gəliblər.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçu və məşqçi heyəti komandanın yerləşdiyi bazaya yığışıb.
Komandanın ilk məşqi saat 15:45-da baş tutub. Hazırlıq prosesi bir saat çəkib. Məşqçilər korpusu istirahətdən qayıdan oyunçuları çox da yükləməyib. Məşq əsasən bərpaedici xarakter daşıyıb.
