“Kəpəz” iki günlük bayram istirahətindən sonra məşqləri bərpa edib
“Sarı-göylər” Bakıda hazırlıq keçir. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edib.
Xatırladaq ki, Gəncə klubu Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində aprelin 1-də doğma meydanda “Zirə” ilə qarşılaşacaq
