“Kəpəz” Küveyt klubuna qalib gəldi
22.07.2024 , 18:55
Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Kəpəz” bu gün növbəti yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, Gəncə təmsilçi Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” klubu ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Qəbələdə keçirilən görüşdə komandanın heyətində Lassana Ndiaye və Kərim Lkoça fərqlənib.