Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda Gəncədə “Keşlə”ni qəbul edəcək “Kəpəz” qarşıdakı matçın hazırlığına başlayıb.
Bakıda keçirilən ilk görüşdən sonra komanda üzvləri istirahət etmədən dünən məşqə çıxıblar. “Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçib. Komandanın bugünkü məşqi isə Bakı Olimpiya Stadionunun yardımçı meydançasında olacaq.
“Kəpəz” oyun öncəsi son çalışmasını Gəncədə görüşün reallaşacağı şəhər stadionunda keçirəcək. Məşq prosesi dekabrın 13-ü saat 15:30-a təyin olunub.
