“Kəpəz” kapitanını əvəzedici komandaya göndərdi
15.10.2022 , 11:47

“Kəpəz”in kapitanı Əli Səmədov əvəzedici heyətə göndərilib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu potensialından zəif çıxış etdiyi üçün bir müddət “dubl”da oynacaq.
“Kəpəz” Premyer Liqanın X turunda oktyabrın 16-də “Neftçi” ilə qarşılaşacaq.
