Təlim-məşq toplanışını Bakıda keçirən “Kəpəz” hazırlıq prosesinə fasilə verib.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Neftçala” ilə yoxlama oyunundan sonra baş məşqçi Mahmud Qurbanov yetirmələrinə istirahət verib.
Komanda üzvləri 2 gün dincələcəklər. “Kəpəz” məşqləri yanvarın 30-da bərpa edəcək. Həmin gün səhər məşqi üçün futbolçular "Dalğa Arena"da bir araya gələcəklər.
