Premyer Liqada "İnter"lə qarşılaşacaq “Kəpəz” klubu Bakıya yollanıb. Korner.az-ın məlumatına görə, oktyabrın 30-da “İnter”in qonağı olacaq komanda “Röyal” oteldə məskunlaşıb. Mahmud Qurbanovun yetirmələri bu gün oyunun keçiriləcəyi “Şəfa” stadionunda məşqə çıxacaq. Hazırlıq prosesi saat 17:00-a nəzərdə tutulub.
