"Qarabağ"la oyundan sonra istirahətə buraxılan “Kəpəz” dünəndən məşqləri bərpa edib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda qarşıdakı turda Gəncədə qarşılaşacağı “İnter”lə görüşə hazırlaşır.
Bazarertəsi reallaşan ilk məşq prosesi saat 15:00-da başlayıb və saat yarım davam edib. Məşqdə bütün futbolçular iştirak edib. Bu günə təyin olunan hazırlıq prosesi isə saat 12:00-da start götürüb. Məşqlər Gəncə şəhər stadionunun əsas meydançasında keçirilir.
Qeyd edək ki, "Kəpəz" – "İnter" oyunu dekabrın 15-də, saat 14:00-da başlayacaq.
