"Kəpəz" yoxlama oyunları çərçivəsində bu gün ikinci görüşünə çıxıb.
Korner.az-ın məlumatına görə, Gəncə təmsilçisi"İnter"in əvəzedici heyəti ilə qarşılaşıb.
Matç qarşılıqlı hücumlarla keçib. Bunun nəticəsi olaraq, tərəflər hərəyə iki dəfə fərqləniblər. "Kəpəz"də qollardan birinə baxışda olan Vlad Serebryakov imza atıb.
Xatırladaq ki, "Kəpəz" cari ildə ilk görüşünü yanvarın 19-da keçirib. Həmin gün komandanın rəqibi "Qaradağ Lökbatan" klubu olub və görüş Bakı təmsilçisinin 1:3 qələbəsi ilə sonuclanıb.
