Topaz Premyer Liqanın X turunun “Kəpəz” – “İnter” oyununun məkanı dəyişdirilib.
Bu haqda Qol.az-a “İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib. Onun sözlərinə görə, sözgedən qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Gəncədə yox, Bakıda olacaq. Bununla əlaqədar “İnter” rəhbərliyi PFL-ə müraciət edib:
“Klub yeni – “Keşlə” adı altında ilk oyununu evdə keçirmək istəyirdi. Yeni adımıza görə açılış və mini-konsert də nəzərdə tutulub. Konsertdə tanınmış müğənnilərdən biri çıxış edəcək. Bu səbəbdən də Peşəkar Futbol Liqasına müraciət etdik. Sağ olsunlar, sözümüzü yerə salmadılar”.
Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 28-də keçiriləcək.
