Bu gün Topaz Premyer Liqasında IV tura yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək. Matçlardan biri Gəncədə, digəri Sumqayıtda oynanılacaq.
“Kəpəz” öz meydanında “Zirə”ni sınağa çəkəcək. Buna qədər qələbəyə həsrət qalan “Kəpəz” ilk qələbəsini qazanmağa çalıaşacaq.
11 sentyabr (bazar)
16:00.“Kəpəz” – “Zirə” – 2:0 (İkinci hissə)
Qol: Renan Silva, 8, Şəhriyar Rəhimov, 78
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Coşqun Həsənov, Rövşən Rəcəbov
Gəncə şəhər stadionu
20:30.“Sumqayıt” – “İnter”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rauf Cabbarov
“Kapital Bank Arena”
