“Kəpəz” iki oyunçusunu göndərdi
15.07.2024 , 09:18

“Kəpəz” hücumçu Amil Yunanov və qapıçı Kamran İbrahimov ilə başa çatan müqaviləsi yenilənməyib.
Korner.az xəbər verir ki, onların hər ikisi Gəncə təmsilçisini tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub xidmətlərinə görə oyunçulara təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.
