“Kəpəz” heç-heçə etdi
17.08.2019 , 16:28

Birinci divizionda mübarizə aparan “Kəpəz” yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, komanda “Sabah-2” ilə qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. Gəncə klubundan qolları Elvin Nəsibov və Əli Səmədov vurub. “Sarı-göylər” bir penalti zərbəsindən isə yararlana bilməyiblər.
