I-ci divizionda çıxış edən Gəncənin “Kəpəz” klubu hazırlıqlara başlayıb.
Korner.az-ın məlumatına görə, “Kəpəz” ilk turda səfərdə “Ağsu” ilə qarşılaşacaq.
Gəncə şəhər stadionun ot örtüyü ideal vəziyyətdə olmadığından klub Samux rayonunun Ağasbəyli kəndində məşq edir.
II tur oyununu doğma meydanda keçirmək istəyən “Kəpəz”, stadionun ot örtüyünün ideal vəziyyətə gətirilməsi üçün işlərə başlayıb.
