“Kəpəz” hazırlıqlara başladı
13.09.2022 , 13:03

“Kəpəz” iki günlük istirahətin ardından həftəsonu “Şamaxı”ya qarşı keçirəcəyi oyunun hazırlığına başlayıb.
Korner.az xəbər verir ki, bir dəfə məşq edən komanda bu gün və sabah səhər və axşam olmaqla iki dəfə məşq edəcək.
Hazırlıq prosesləri saat 10:00 və 17:00-a təyin olunub.
Məşqdə zədəli olan Fərid Nəbiyev iştirak etmir. Komandanın digər zədəli futbolçusu Əfran İsmayılov isə kollektivə qoşulub.
