Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında II tura yekun vurulub.
Korner.az-ın məlumatına görə, hesabat turunda “Kəpəz”in əvəzediciləri AZAL-la qarşılaşıb.
Oyun ev sahiblərinin qələbəsi ilə başa çatıb -1:0. Şəfi Bağırovun vurduğu qol matçın taleyini həll edib.
14 avqust (bazar)
“Kəpəz” 1-0 AZAL
Qol: Şəfi Bağırov, 5 dəqiqə
Hakimlər: Ramiz Məhərrəmov, Murad Kərimov, Zöhrab Abbasov, Rəşad Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
Gəncə şəhər stadionu, 16:00
