“Kəpəz” Gəncə stadionunda oynayacaq
06.10.2022 , 18:55

Korner.az xəbər verir ki, vaxt bitdikdən sonra Peşəkar Futbol Liqasının müvafiq işlərə cavabdeh olan şəxslərinin 05.10.2022-ci il tarixdə Gəncə şəhər stadionunda geniştərkibli təftişi həyata keçirilib.
Bu gün isə Peşəkar Futbol Liqasının yuxarıda qeyd olunan məktub və rəylər, eləcə də son təftiş əsasında yekun iclası baş tutub.
Qərara gəlinib ki, tribunaların 1-ci yarusunun istifadə olunması (ancaq oturacaqlı hissəsi), yerli və qonaq komandanın azarkeşlərinin ümumi sayının 3 min nəfərdən artıq olmaması şərtilə “Kəpəz” Peşəkar Futbol Klubunun ev oyunlarını Gəncə şəhər stadionunda keçirməsinə icazə verilsin.
Məlumat üçün bildirək ki, Peşəkar Futbol Liqasının tələbi ilə Gəncə şəhər stadionunda hər iki komandanın paltardəyişmə otaqları, hakim otağı, “sky-box”lar, tribunalar, reklam şitləri, media nümayəndələrinin çalışması üçün qurğular, eləcə də bu və digər qaydada oyunun keçirilməsi üçün lazım olanlar hazır vəziyyətə gətirilib.
Qərardan sonra Peşəkar Futbol Liqası oktyabr ayının təqviminə aşağıdakı dəyişiklikləri edir:
16 oktyabr
“Kəpəz” – “Neftçi”
Gəncə şəhər stadionu, 15:00 (canlı/CBC Sport)
29 oktyabr
“Kəpəz” – “Səbail”
Gəncə şəhər stadionu, 15:00 (canlı/CBC Sport)
