Yanvarın 15-dən məşqlərə başlayan "Kəpəz" hazırlıq prosesini davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda gündə bir dəfə olmaqla məşq edir.
Təlim-məşq toplanışı "Dalğa Arena"da keçirilir. Fubolçular hər gün saat 11:00-da baş məşqçi Mahmud Qurbanovun rəhbərliyi altında hazırlığa başlayırlar. Məşq prosesi əsasən fiziki çalışmalar üzərində aparılır.
