"Kəpəz" klubu Bakıda təlim-məşq toplanışına start verib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın məşqi "Dalğa Arena"da baş tutub.
Saat 11:00-da başlayan hazırlıq prosesi əsasən bərpaedici xarakter daşıyıb. Futbolçular müəyyən isinmə hərəkətlərindən sonra meydan boyu qaçıblar. Həmçinin məşq ərzində toplu çalışmalara da yer verilib. Paytaxtdakı ilk məşq təxminən 2 saata yaxın davam edib.
