“Kəpəz” Avropa Liqası və Topaz Premyer Liqasının yeni mövsümü üçün transfer çalışmalarını davam etdirir.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, neş yerli futbolçunun keçidinə nail olan “sarı-göylər” daha iki oyunçunun xidmətində maraqlıdır. Hazırda bu istiqamətdə işlər gedir. Komandaya dəvət olunacaq futbolçular legioner olacaq.
Məşqçilər heyətinin hesabatına əsasən komanda mərkəz yarımmüdafiəçisi və son müdafiəçi mövqeləri üzrə oyunçuların transfer edilməsi planlaşdırılır.
