“Kəpəz” daha bir yoxlama oyunu keçirəcək
16.07.2023 , 18:10

Yeni mövsümə Bakıda hazırlaşan “Kəpəz” daha bir yoxlama oyunu keçirəcək.
Korner.az xəbər verir ki, “sarı-göylər” elitanın debütantı “Araz-Naxçıvan” ilə qarşılaşacaqlar.
Oyun iyulun 20-nə təyin olunub. Matç “Dalğa Arena”da reallaşacaq.
