Bu gün Avropa Liqasında 2016-2017 mövsümünə start veriləcək.
Korner.az-ın məlumatına görə, I təsnifat mərhələsində dörd oyun keçiriləcək.
Turnirdə təmsilçilərimizdən olan “Kəpəz” də bu gün ilk oyununa çıxacaq.
Şahin Diniyevin komandası Bakıda Moldovanın “Daçiya” klubunu qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, 16 ildir qitəmiqyaslı turnirlərə qatılmayan Gəncə klubu sonuncu dəfə 2000-ci ildə UEFA Kubokunda iştirak edib.
28 iyun
Avropa Liqası
I təsnifat mərhələsinin ilk oyunu
20:00. “Kəpəz” (Azərbaycan) – “Daçiya” (Moldova) – 0:0
Hakimlər: Aleksander Qauzer, Sergey Vassyutin, Alibek Aubakirov, Daniyar Sakhi (hamısı Qazaxıstan)
Bakı, “Dalğa Arena”
