UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “Kəpəz” – “Daçiya” (Moldova) oyunu canlı yayımlanacaq.
İdmanxeber.com-un məlumatına görə, saat 20:00-da başlayacaq oyunu “CBC Sport” canlı yayımla azarkeşlərə nümayiş etdirəcək.
Qeyd edək ki, oyun “Dalğa Arena”da keçiriləcək.
