Sabah ölkə kubokunun 1/8 final mərhələsində Gəncədə “Qarabağ”ı qəbul edəcək “Kəpəz” oyunla bağlı hazırlıq prosesini yekunlaşdırıb.
Korner.az-ın məlumatına görə, komanda cəmi 2 gün məşq edə bilib.
Belə ki, “Xəzər Lənkəran”la matçın ertəsi günü dincələn futbolçular dünən və bu gün məşqə çıxıb. Bugünkü məşq saat 11:00-da Gəncə şəhər stadionunun əsas meydançasında keçirilib. Çalışmalar saat yarım davam edib. Hazırlığa isinmə hərəkətləri ilə başlayan oyunçular daha sonra baş məşqçi Mahmud Qurbanovun tapşırığına əsasən qapıya doğru zərbələr üzərində işləyib. Məşqin sonunda isə futbolçular ikitərəfli oyun keçirib.
Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” oyunu saat 13:00-da başlayacaq.
