“Kəpəz” də hazırlığa başlayır
07.01.2022 , 19:36

I Divizion təmsilçisi “Kəpəz”in əsas komandası üçün qış istirahəti başa çatır.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Sarı-göylər” yanvarın 10-da Gəncədə məşqlərə başlayacaqlar. Komanda gündə bir dəfə məşq edəcək.
“Kəpəz” I Divizionda mövsümün ilk yarısını 22 xalla 3-cü pillədə başa vurub.
