Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünə “Qəbələ” ilə oyunla start verəcək “Kəpəz” klubu hazırlığıa bu gündən başlayacaq.
Korner.az-ın məlumatına görə, “Şərurspor”la oyundan sonra bir günlük istirahətə buraxılan komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda bir araya gələcək.
Hazırlığa saat 17:30-da start veriləcək.
Qeyd edək ki, “Qəbələ” – “Kəpəz” oyunu avqustun 8-də Qəbələ şəhər stadionunda keçiriləcək.
