Ötən gün səhər saatlarında “Kəpəz” Bakıya gəlib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 20-də səfərdə “Sumqayıt”la qarşılaşacaq komandanın oyundan 2 gün əvvəl paytaxta yollanması, matça daha yaxşı şəkildə hazırlaşmaq məqsədindən irəli gəlir.
Baş məşqçi Mahmud Qurbanovun komandası paytaxtda artıq məşq də edib. Gəncə təmsilçisi “Şəfa” stadionunun yardımçı meydançasında hazırlıq prosesi keçib. Bu gün isə Gəncə klubu görüşün keçiriləcəyi stadionda saat 11:00-da məşqə çıxacaq.
