Topaz Premyer Liqasının 29-cu turunda keçirilən “Qarabağ” – “Kəpəz” matçında zədələnən Namiq Ələsgərov iki həftəlik sıradan çıxıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisinə qarşı oyunu sonadək davam etidrə bilməyib əvəzlənən yarımmüdafiəçinin vəziyyətinə müayinədən sonra aydınlıq gəlib.
Əzələsi dartılan futbolçu aprelin sonlarına kimi Gəncə klubuna kömək edə bilməyəcək.
