İkinci “altılıq”da ilk oyunda AZAL-la qarşılaşacaq “Kəpəz” məşqlərini davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda gündə bir dəfə olmaqla, “Dalğa Arena”da hazırlıq prosesi keçir. Baş məşqçi Mahmud Qurbanovun rəhbərliyi altında keçirilən məşqlər saat 16:00-da başlayır.
Futbolçular iki saat yaxın müddətdə verilən tapşırıqları yerinə yetirib, çatışmayan cəhətlər üzərində işləyirlər.