"Kəpəz" AZAL ilə görüşə ciddi itkilərlə çıxacaq.
Korner.az-ın məlumatına görə, komandanın 4 futbolçusu zədəlidir.
Belə ki, uzun müddətdir ki, yaşıl meydanlardan uzaq qalan Emin Əliyevdən başqa, komandanın daha 3 üzvü sıradan çıxıb. Bunlar qapıçı Ramil Kərimov, gürcü müdafiəçi Georgi Sepiaşvili və türkmənistanlı orta xətt oyunçusu Pirkulı Saparovdur. Adları çəkilənlər “təyyarəçilər”ə qarşı oyunda "Kəpəz"ə kömək edə bilməyəcək.
Qeyd edək ki, “Kəpəz” – AZAL oyunu bu gün keçiriləcək. “Dalğa Arena”da baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.