UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Kəpəz” – “Admira” (Avstriya) görüşünün hakimləri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, qarşılaşmanı Rusiyadan olan hakimlər briqadası idarə edəcək.
iyulun 20-də “Dalğa Arena”da keçiriləcək oyunun baş hakimi Vitali Meşkov olacaq. Ona Valeri Dançenko və Maksim Qavrilin kömək edəcək. Mixail Vilkov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
