UEFA Avropa Liqasının II mərhələsinin ilk oyununda “Admira”nın qonağı olacaq “Kəpəz” oyunun keçiriləcəyi “NV Arena”da bu gün matç öncəsi son məşqini keçirib.
Korner.az-ın məlumatına görə, Sankt-Pyölten şəhərində yerləşən stadionda “sarı-göylər”in məşqi təxminən bir saat sürüb.
İsinmə hərəkətləri və yüngül qaçışla başlayan hazırlıq prosesi daha sonra “kvadrat”la davam edib. Məşqin sonunda futbolçular müxtəlif məsafələrdən ötürmələr üzərində çalışıblar.
