“Kəpəz" yeni mövsümə hazırlıqları Gəncədə davam etdirir. Korner.az-ın məlumatına görə, bu gündən məşqlərə start verən Gəncə təmsilçisi yeni futbolçuları baxışdan keçirir. Artıq 6 legioner bunun üçün Gəncədədir və onlar sabahdan məşqlərə qatılacaqlar. “Kəpəz”in düşərgəsində Aleksandr Koşkadze (1981-ci il təvəllüdlü, “Dinamo”, Tbilisi), Yevgeni Sidorenko (1989, “Zimbru”, Moldova), Aleksandr Niçiporik (1986, “Helios”, Ukrayna), Oleq Kibizov (1986, Rusiya), German Beriyev (1985, Dinamo, Stavropol), Artur Elbayev (1988, “Fayur”, Rusiya).
Baxışa dəvət olunan futbolçularla bağlı son fikri komandanın baş məşqçisi Fuad İsmayılov verəcək. Daha bir neçə legionerin baxışa gələcəyi gözlənilir.
