“Kəpəz” 3 oyunçunu göndərdi
03.07.2024 , 14:51

“Kəpəz” üç futbolçusu ilə yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Olavale Onanuqa , İqor Rodriqes və Georgi Papunaşvili ilə müqaviləsi başa çatıb. Bu səbəbdən legionerlər komandanı tərk ediblər.
