Azərbaycan birinci divizion təmsilçisi “Kəpəz” klubuna texniki məğlubiyyət verilib.
Korner.az-ın məlumatına görə, buna “Kəpəz”in futbolçusu Ramil Həşimzadənin birinci divizionn 17-ci turunda “Zirə”yə qarşı matçı buraxmalı olduğu halda oyunda iştirakı səbəb olub. Buna görə də “Kəpəz”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Qeyd edək ki, “Zirə” – “Kəpəz” qarşılaşması birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
