Kenan Yıldızdan sonra o da “Yuventus”a keçə bilər
22.07.2024 , 12:51

Heyətində Kenan Yıldızın yer aldığı “Yuventus” daha bir türkiyəli futbolçu transfer edə bilər.
Korner.az xəbər verir ki, İtaliya nəhəngi “Frayburq”da çıxış edən Berkay Yılmaz üçün hərəkətə keçib.
Bu barədə Fabrizio Romano məlumat yayıb.
Xəbərdə, “Frayburq”un 19 yaşlı gənc oyunçunu satmaq istəmədiyi bildirilib.
Klub futbolçunun 2025-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləmək fikrindədir.
Mina Musayeva
