Kənan Əliyev Avropa çempionatında 25-ci olub
18.06.2018 , 21:52

Qılıncoynatma üzrə Avropa çempionatı davam edir
Serbiyanın Novıy Sad şəhərində keçirilən çempionatın ikinci günündə kişilər arasında şpaqa və qadınlar arasında rapirada qaliblər müəyyənləşib.
Azərbaycanı şpaqada təmsil edən Kənan Əliyev turnirə uğurlu start verib. Belə ki, o, 6 görüşdən 4-də qələbə qazanaraq birbaşa 1/32 final mərhələsinə vəsiqə qazanıb.
Qılıncoynadanımız, bu mərhələdə Angel Fabreqata 15:12 hesabı ilə qalib gəlib. K.Əliyev 1/16 finalda ispan şpaqaçı Qabriel Ciminiyə 9:15 hesabı ilə məğlub olub və 104 idmançı arasında 25-ci yeri tutub.
Qrupda keçirdiyi 6 görüşü qələbəsiz başa vuran Barat Quliyev isə mübarizəni erkən dayandırıb.
