big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Jurnalistlər “Qarabağ”a inanır – SORĞU

04.08.2015 , 07:02

Sabah Çempionlar Liqası III təsnifat mərhələsi cavab oyunları çərçivəsində “Qarabağ” doğma meydanda “Seltik”lə qarşılaşacaq. Səfərdən minimal hesablı məğlubiyyətlə (0:1) dönən ağdamlıların mərhələ adlama şansları qalmaqdadı. “Qarabağ” klubu qol buraxmadan vuracağı iki top sayəsində tur adlaya bilər.

Korner.az idman jurnalistlərinin oyunla bağlı fikirlərini öyrənib.

Rəşad Ergün (komanda.az):

Təbii, "Seltik" güclü rəqibdi, Avropada hörmət olunan klublardandı, Şotlandiya çempionudu. Amma düşünürəm ki, bu komanda Çempionlar Liqasının ötən mövsümündə "Qarabağ"ın yolunu kəsən "Zalsburq" qədər formada deyil. "Seltik" bu gün ən yaxşı günlərini yaşamır və "Qarabağ" bundan istifadə edə bilər. Baxmayaraq ki, Ağdam komandası ev oyunlarında səfərdəki qədər uğurlu deyil. Ancaq hər halda, mərhələ adlamaq üçün kifayət qədər böyük fürsət yaranıb. Səfərdəki minimal hesablı məğlubiyyəti Bakıda qələbəyə çevirmək mümkündü. Bunun üçün hamı çalışmalıdı – azarkeşlər də, futbolçular da. Şansları isə 50-50-yə qiymətləndirirəm.

Zaur Xudiyev (apasport.az):

“Düşünürəm ki, vəziyyət o qədər bərbad deyil. Səfərdə 0:1 hesablı məğlubiyyət böyük faciə deyil. Əgər, qalib gəlməmisinzsə, heç-heçə və ya minimal hesablı məğlubiyyət çox da fərq etmir. Hər iki halda evdə mütləq qələbə qazanmalısan. Belə baxanda hələ heç bir şey bitməyib. İlk oyundan əvvəl şanslar 55/45 nisbətində “Seltik”in xeyrinə idisə, ilk oyundan sonra düşünürəm ki, artıq vəziyyət bərabərdir”

Səbuhi Musayev (qaynar.info):

"Qarabağ"ın "Seltik"lə Qlazqoda keçirdiyi ilk oyun onu göstərdi ki, Ağdam klubu şotlandlardan nəinki geri qalmır, hətta bəzi məqamlarda onu üstələyir. "Seltik"in əvvəlki "Seltik" olmaması bəllidir. Əzəli rəqibi "Reyncers"in məlum səbəblərdən aşağı dəstəyə düşürülməsi bu komandanın rəqabətədavamlılıq səviyyəsini çox-çox aşağı salıb. Açığı, stadionun bu durumunu bilənədək düşünürdüm ki, "Qarabağ" mərhələni keçəcək. Ancaq qazonun bu durumu "Seltik"dən fərqli, hava ilə yox, yerlə oynayan "Qarabağ"ın oyun üslubunu çox pis şəkildə pozacaq. Düşünürəm ki, Qurban Qurbanov bu barədə alternativ plan hazırlayıb. Bununla belə, düşünürəm ki, "Qarabağ" qələbə qazansa belə, Çempionlar Liqasının pley-offuna vəsiqə qazana bilməyəcək”

Mehman Süleymanov ("Qəbələ İK" qəzeti):

“Qarabağ”ın “Seltik”ı keçmək şansını az saymıram. Əksinə, deyərdim ki, Ağdam klubunun yetərincə şansı var. Qlazqodakı oyun məndə nikbinlik yaradıb. Hər halda, Qurban Qurbanovun komandası adlı-sanlı rəqibindən çəkinmədi və ona gücünü göstərdi. Təsadüfi deyil ki, Şotlandiyanın ən titullu klublarından biri qələbə topunu son dəqiqələrdə vura bildi. Belə rəqiblə səfərdən 0:1 hesabıyla qayıtmaq heç də pis nəticə deyil. Təbii ki, rəqib meydanında qol vurmadığından, öz qapının toxunulmazlığını qorumaq əsas şərtdir. “Seltik”Bakıda 1 qol vursa, məsələnin böyük ölçüdə xeyrinə həll etmiş olacaq. Fikrimcə, “Qarabağ” fasiləyədək hesabı açsa, mərhələ keçmək şansını xeyli artıracaq.

Çempionumuzun xeyrinə olacaq ən böyük amillərdən biri güclü azarkeş dəstəyi olacaq. Hər halda, “Seltik”lə matçda Tofiq Bəhramov adına Respublika stadionunun tam dolacağı heç kimdə şübhə doğurmur. Məni əsas narahat edən qazonda problemlərin olmasıdır. “Qarabağ” kimi topla yaxşı oynayan, texnikalı komanda üçün or örtüyünün yaxşı vəziyyətdə olması çox vacibdir. Əks təqdirdə, Qurban Qurbanovun yetirmələrinin işi çox çətin olacaq. Gərək onda həm güclü rəqibin, həm də qazonun öhdəsindən gələsən. Ən əsası, “Qarabağ” təkcə “Seltik” kimi güclü rəqibi keçməklə yox, Azərbaycanın ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinin iştirakçısı olmasıyla tarix yazacaq. Üstəlik, ən azı Avropa Liqasının qrupuna vəsiqəni özünə təmin edəcək. Bütün bunlardan yaxşı motivasiya ola bilərmi?”

Səxavət Qurbanov (idmanxeber.com): 

"Əslində ilk görüşün nəticəsini heç də qənaətbəxş hesab etmək olmaz. Şotlandların Bakıda vura biləcəyi bir qol "Qarabağ"ın işini çətinə salmış olacaq. Lakin bir məqam var, "Seltik" əvvəlki "Seltik" deyil. Yəni, oynamaq olar. ÇL-də qrupa düşməyi hədəfləyiriksə bundan gözəl fürsət ola bilməz. İlk dəfə bu qədər formada olmayan, əvvəlki gücünü itirmiş populyar bir komanda bizə rəqib oldu. "Qarabağ" "Seltik" səddini keçməlidi. Ancaq mən oyunun 2:1 başa çatacağını güman edirəm"


Məmmədov İlkin

Son yazılar

To Top