Türkiyə Superliqasının VI turu çərçivəsində səfərdə “Kasımpaşa”ya yenilən (0:2) “Fənərbağça”nın baş məşqçisi Aykut Kocaman paltardəyişmə oyağından çıxıb komandanın avtobusuna tərəf gedərkən bir jurnalistin verdiyi sual qarşısında “səndələyib”.
Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmkarımız “sarı-lacivərdlilər”in çalışdırıcısına: “İstefa verdiyiniz söylənilir, doğrudurmu?”, – deyə sual verib.
Sualdan bir anlıq karıxan Kocaman, cavab vermədən avtobusa minib. Onunla birlikdə avtobusa tərəf gedən klubun İdarə heyətinin üzvü, başqan Əziz Yıldırımın qardaşı Əli Yıldırım isə “ayıbdı”, – deyərək, suala sərt reaksiya bildirib.
