Vinisius “Real”ın məşqinə gecikdi
01.12.2025 , 15:15
“Real”ın braziliyalı hücumçusu Vinisius Junior bu gün komandanın məşqinə gecikib.
Korner.az xəbər verir ki, futbolçu məşq meydançasına təxminən 5 dəqiqə gec gəlib.
Paylaşılan görüntülərdə Vinisiusun sərnişin oturacağında əyləşdiyi avtomobilin Valdebebas istiqamətinə doğru hərəkət etdiyi görünür.
Madrid təmsilçisi dünən La Liqanın 14-cü turunda səfərdə “Jirona” ilə keçirilən görüşdə 1:1 hesabı ilə kifayətlənib.